A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır - Turk-PA.org
Friday, 07 October 2022, 22:14:06 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır

19.02.2014 11:20
Bakı, 20 fevral (AzərTAc).
Fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycan Respublikası Milli Məclisində olmuşdur.AzərTAc xəbər verir ki, Nurlan Niqmatulin Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev Xatirə zalı ilə tanış olmuşdur. Xatirə zalında ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar Qazaxıstan Parlamenti Məclisinin sədrində dərin təəssürat doğurmuşdur.

Nurlan Niqmatulin Xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin görüşü olmuşdur.Oqtay Əsədov bildirmişdir ki, belə yüksək səviyyəli səfərlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələri təcəssüm etdirir. Oqtay Əsədov əmin olduğunu bildirmişdir ki, Qazaxıstan Parlamenti Məclisi sədrinin Bakıya səfəri əlaqələrimizin daha da inkişafına töhfə verəcəkdir.
Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Oqtay Əsədov demişdir ki, iki ölkə arasındakı münasibətlər dərin köklərə malikdir. Xalqlarımız arasında əlaqələr hər zaman dostluğa söykənmişdir.
Diqqətə çatdırılmışdır ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra böyük inkişaf yolu keçmiş, əlaqələrimiz daha yüksək səviyyəyə çatmışdır. Hazırda Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının fəaliyyəti təqdirəlayiqdir.
Parlament Məclisinin sədri Nurlan Niqmatulin Azərbaycanın və Qazaxıstanın dost və qardaş ölkələr olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, iki ölkə arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu gün bu əlaqələr dövlətlərimizin başçıları tərəfindən daha da inkişaf etdirilir. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlar olduğunu deyən Nurlan Niqmatulin əminliklə bildirmişdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış sənədlər əməkdaşlığın gələcəkdə daha da inkişafına töhfəsini verəcəkdir.
Qonaq ölkələrimizin regional və beynəlxalq əməkdaşlığını yüksək qiymətləndirmiş, Azərbaycanın ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi göstərdiyi uğurlu fəaliyyətinə görə təbriklərini çatdırmışdır. Həmçinin bu qurumda Azərbaycanın Qazaxıstana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etmişdir. O, Beynəlxalq Katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətinin genişləndirilməsi üçün Azərbaycanın göstərdiyi dəstəyi də xüsusi vurğulamışdır.
Qonaq hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışdır.Sonra Azərbaycan Respublikasının Milli Məclisi ilə Qazaxıstan Respublikası Parlamenti Məclisi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.Sazişi Milli Məclisin sədri Oqtay Əsədov və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin imzalamışlar.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.