A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA ekspertlərin toplantısını keçirmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:12:10 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA ekspertlərin toplantısını keçirmişdir

12.02.2014 11:38
11 fevral 2014-cü il tarixində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının 3-cü toplantısından əvvəl TÜRKPA Katibliyində üzv ölkələrdən olan ekspertlərin toplantının mövzusuna dair məsləhətləşmələri baş tutmuşdur. Toplantı iştirakçılarına sədrlik edən TÜRKPA Baş Katibi cənab Jandos Asanov qəbul olunmuş qanun modellerinin imkanlarının mənimsənilməsi üçün yaxın gələcəkdə ekspert potensialının artırılmasına ehtiyac olduğunu qeyd etmişdir. Buna görə də Komissiyaların toplantılarında ekspertlərin iştirakı TÜRKPA-nın Türkdilli dövlətlər arasında qanunvericilik bazasının genişləndirilməsinə yönəlmiş fəaliyyətinə əlavə bir dəyərdir.
Ekspertlərin siyahısına Aset Asaubayev, Qazaxıstan Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyinin Nəqliyyat Nəzarəti Komitəsinin sədri, Azər Əliyev, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Nəqliyyat Siyasəti və İqtisadiyyat şöbəsinin müdiri, Hakan Arslan, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiyalar Nazirliyinin nümayəndəsi, Zarlykbek İmarov, Qırğızıstan Respublikası Joqorku Keneşinin millət vəkili və Nəqliyyat, Rabitə, Memarlıq və İnşaat Komitəsinin şöbə müdiri, Anar İsmayıl, TRASEKA Hökumətlərarası Komissiyası Nəqliyyat məsələləri üzrə ekspert daxil idi.