A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi ATƏT-in Daimi Şurasında çıxış etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 19:48:52 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş Katibi ATƏT-in Daimi Şurasında çıxış etmişdir

23.01.2014 10:08
18-20 Dekabr 2013-cü il tarixində TÜRKPA Baş Katibi cənab Jandos Asanov 19 dekabr 2013-cü il tarixində ATƏT-in Daimi Şurasının 978-ci toplantısında çıxış etmək üçün Vyana şəhərində rəsmi səfərdə olmuşdur. Səfər ATƏT-in Daimi Şurasının Ukraynadakı Sədri cənab İhor Prokopçukun dəvəti ilə həyata keçirilmişdir. Bununla yanaşı, Türk Şurasının Baş Katibi cənab Halil Akıncı da ATƏT-in Daimi Şurasında çıxış etmək üçün Ukrayna Sədrliyi tərəfindən dəvət olunmuşdur.
Səfər çərçivəsində cənab Asanov TÜRKPA üzv ölkələrinin ATƏT-dəki Daimi Nümayəndələri, ATƏT PA-nın Vyanadakı Əlaqələndirici Ofisinin Sədri səfir Andreas Nothele, eləcə də ATƏT-in Baş Katibi Lamberto Zannier ilə ikitərəfli görüşlər keçirmişdir.
Baş Katib ATƏT-in Daimi Şurasındakı çıxışında Şura üzvlərini TÜRKPA-nın son fəaliyyətləri, üzv ölkələr arasında əməkdaşlığın inkişaf meylləri və bu əməkdaşlığın gələcək perspektivləri haqqında məlumatlandırmışdır. Cənab Asanov öz çıxışında Türk əməkdaşlığının parlament ölçüsü olaraq TÜRKPA-nın ATƏT PA-nın fəaliyyətlərində iştirakına önəm verdiyini də bildirmişdir.
AB-nin, ABŞ-ın və Norveçin Daimi Nümayəndələri ATƏT və Türk Əməkdaşlığı İnstitutları arasında əlaqələrin inkişafını dəstəkləmiş, ATƏT və onun dəyərlərini paylaşan digər Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq 1999-cu ildə ATƏT-in İstanbul Sammitində qəbul olunmuş Təhlükəsiz Əməkdaşlıq Platformasına təsadüf etmişdir. Adları çəkilən nümayəndələr birgə fəaliyyətin əsas aspektlərini diqqətə çəkmiş və onların ümumi məqsəd və vəzifələri təkmilləşdirmək üçün həyata keçiriləcək praktik tədbirləri dəstəklədiyi qeyd olunmuşdur.
TÜRKPA üzv ölkələrinin Daimi Nümayəndələri TÜRKPA Baş Katibinin ATƏT-in Daimi Şurasında iştirakını məmnuniyyətlə qarşılamış və Türk Şurası və TÜRKPA-nın ATƏT-in prinsipləri ilə tam uyğunluq təşkil edən mühüm vəzifələri həyata keçirdiklərini qeyd etmişlər.
TÜRKPA üzv ölkələrinin daimi nümayəndələri ilə görüş zamanı Baş Katib TÜRKPA-nın ATƏT-in fəaliyyətlərində iştirakınının təmin edilməsində göstərilən dəstəyi yüksək qiymətləndirdiyini qeyd etmişdir. Həmçinin Cənab Asanov daimi nümayəndələri Assambleyanın TÜRKPA çərçivəsində ən son fəaliyyətləri və gələcək layihələri haqda məlumatlandırmışdır.
Səfir Andreas Nothele və ATƏT-in Baş Katibi Lamberto Zannierlə görüşlər zamanı tərəflər iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsinə və əlaqələrin genişləndirilməsinin zəruriliyinə dair fikir mübadiləsi aparmışdır.