A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş katibi CICA-nın toplantılarında iştirak etmişdir - Turk-PA.org
Friday, 07 October 2022, 22:33:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Baş katibi CICA-nın toplantılarında iştirak etmişdir

16.12.2013 17:58
11-13 dekabr, 2013-cü il tarixlərində TÜRKPA Baş katibi cənab Jandos Asanov Çin Xalq Respublikasının Sujou şəhərində baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xüsusi İşçi Qrupu və Yüksək Vəzifəli Məmurların toplantılarında iştirak etmişdir.

Bu günlər ərzində o, CICA-nın Baş katibi Səfir Çınar Aldemir, CICA-da Türkiyə Sədrliyinin CICA üzrə Xüsusi Qrupunun rəhbəri Səfir Süphan Erkula, Birləşmiş Millətlər Təşkilatının Direktoratlığının Terrorizm Əleyhinə Mübarizə Komitəsinin İcraçı Direktorunun müavini cənab Weixiong Chen, Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Gənclər Komitəsinin sədri cənab Qabidolla Ospanqulov, CICA-nın növbəti Çin Sədrliyinin nümayəndələri, o cümlədən, toplantıların başqa iştirakçıları ilə görüşlər keçirmişdir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılması ideyası ilk dəfə 1992-ci ildə BMT-nin Baş Assambleyasında çıxışı zamanı pan-Asiya təhlükəsizlik çətirinin yaradılması ilə bağlı fikrini ifadə edən Qazaxıstan Prezidenti Zati-aliləri Nursultan Nazarbayevə məxsusdur.

Hazırki TÜRKPA Baş katibi cənab J. Asanov CICA Katibliyinin ilk İcraçı Direktorudur (1 yanvar, 2006-cı ildən 25 avqust, 2008-ci ilədək)